2025-ci ildə Azərbaycanın icbari daşınmaz əmlak sığortası üzrə sığorta haqları 80 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 2,3% azalma deməkdir.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, eyni dövrdə sığorta ödənişləri 2,78 milyon manat olub və əvvəlki ilə nisbətən 6,1% azalıb.
Son dörd ilin göstəricilərinə baxdıqda, 2022-ci ildə haqlar 53,98 milyon manat, ödənişlər 1,1 milyon manat olub.
2023-cü ildə haqlar 78,2 milyon manat, ödənişlər 5,73 milyon manat səviyyəsinə yüksəlib. 2024-cü ildə haqlar 82,7 milyon manat, ödənişlər 3,31 milyon manat olub. 2025-ci ildə haqlar 80,8 milyon manat, ödənişlər 2,78 milyon manat təşkil edib.
Zərərlilik əmsalına baxdıqda, ödənişlərin haqlara nisbəti 2022-ci ildə 2%, 2023-cü ildə 7,3%, 2024-cü ildə 4% və 2025-ci ildə 3,4% olub. Beləliklə, daşınmaz əmlak sığortasında haqlar illik dalğalanma göstərsə də, zərərlilik nisbəti son dörd ildə aşağı səviyyədə stabilləşib.







