Azərbaycanda bankların kapitalının mənfəətliliyi əmsalına (RoE) görə bankların renkinqi açıqlanıb.
Banker.az xəbər verir ki, 2025-ci ildə 26.73% göstərici ilə “Kapital Bank” lider mövqedə qərarlaşıb və əvvəlki illə müqayisədə əhəmiyyətli artım nümayiş etdirib.
RoE əmsalı ikinci yerdə qərarlaşan “Bank Respublika” 2025-ci ildə 24.3%, üçüncü pillədə olan “AccessBank”da 21.08% təşkil edib.
Dördüncü yerdə Yelo Bank (17.72%), beşinci yerdə isə “Bank of Baku” (17.41%) qərarlaşıb.








