7 C
Baku
Sunday, January 12, 2025

2025-ci ildə kriptovalyuta dünyasında inqilab edəcək 5 amil

Fundamental amillər birlikdə işləsə, 2025-ci il kriptovalyuta bazarı üçün böyük sıçrayış ili ola bilər. Gəlin bu şərtlərin hər birinin kriptovalyutaların qlobal artımına necə təsir edə biləcəyinə daha yaxından nəzər salaq.

1. Kripto ilə dost olan yeni ABŞ hökuməti

ABŞ-də kriptovalyutaların tənzimlənməsi qlobal rəqəmsal aktiv bazarına təsir edən əsas məsələlərdən biri olaraq qalır. Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) mübahisəli qərarları səbəbindən bazar uzun müddət təzyiq altında olub. Bununla belə, kriptovalyutaya qarşı yeni siyasətə keçid vəziyyəti dəyişə bilər.

Bu gün əminliklə deyə bilərik ki, Donald Tramp ABŞ-ni dünya səhnəsində kriptovalyuta paytaxtına çevirməyə yönəlmiş crypto friendly hökumətini qurur.

Konqres və ya tənzimləyicilər kriptovalyutaların təsnifatında (qiymətli kağızlar və ya əmtəələr kimi) aydınlıq təmin edəcək bütün zəruri qanunları 2025-ci ildə təqdim edəcəklər və bu, qeyri-müəyyənlikdən ehtiyat edən uzunmüddətli institusional investorları cəlb edəcək.

Stabilkoinlərə loyal münasibət (məsələn, onlardan kommersiya əməliyyatlarında istifadə etmək icazəsi) və kriptovalyuta ilə əməliyyatların vergiyə cəlb edilməsinin sadələşdirilməsi, kriptovalyutanın tam hüquqlu investisiya aləti kimi leqallaşdırılması üçün əsas ola bilər.

Bu, qlobal iqtisadiyyatda blokçeyn texnologiyalarının tətbiqini sürətləndirəcək.

2. ABŞ-də pul-kredit siyasətinin yumşaldılması

İqtisadi dövrlər həmişə kriptovalyuta bazarına güclü təsir göstərib. Son illərdə bazar artan faiz dərəcələrinin təzyiqi altında olub və bu, konservativ maliyyə aktivlərini daha cəlbedici edib. Lakin 2025-ci ildə vəziyyət dəyişəcək.

Cerom Pauellin rəhbərlik etdiyi FED artıq ABŞ-də faiz dərəcələrinin aşağı salınması dövrünə başlayıb. Bu tendensiyanın 2025-ci ildə də davam edəcəyi gözlənilir. Aşağı faiz dərəcələri dövrləri bazarda likvidliyin artması ilə əlaqələndirilir ki, bu da tarixən kriptovalyutaların böyüməsinə təkan verir.

FED siyasətinin yumşaldılması dolların dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq ki, bu da bitkoini inflyasiya risklərindən qorunmaq üçün daha cəlbedici aktivə çevirir. Bu, institusional oyunçular (böyük qlobal fondlar) üçün xüsusilə vacibdir.

3. ETF-lərin işə düşməsi

2024-cü ildə Bitcoin və Ethereum ETF-ləri artıq işə düşüb, bu da tarixi maksimumların yenilənməsinə səbəb olub (bilməyənlər üçün: bu, tarixdə heç vaxt olmayıb).

ABŞ-də crypto friendly hökumətin gəlməsi ilə Solana, Litecoin və Ripple kimi digər güclü kriptovalyutaların ETF-lərinin işə düşəcəyi proqnozlaşdırılır. ETF investorlara aktivin özünə sahib olmadan, ənənəvi maliyyə mexanizmləri vasitəsilə kriptovalyutalara investisiya qoymağa imkan verir. Bu, prosesi asanlaşdırır və kriptovalyutalar və pul kisələri ilə məşğul olmağa hazır olmayanlar üçün maneələri aradan qaldırır.

ETF vasitəsilə institusional kapitalın axını həm də qalan aktivlər üçün müsbət dalğalanma effekti yaradır.

4. İnstitusional investorların kütləvi gəlişi

İstənilən maliyyə bazarlarında uzunmüddətli tendensiyaların formalaşmasında institutlar əsas rol oynayır. Onların kriptovalyuta sənayesində iştirakı artıq nəzərə çarpır, lakin indiyədək yüksək dəyişkənlik və qeyri-müəyyənlik səbəbindən məhdudlaşıb.

İnstitusional investorların izdihamla kriptovalyutalara yatırım etməsi üçün iki şərt yerinə yetirilməlidir:

1. Kriptovalyuta aktivlərinin tənzimlənməsi

2. Kriptovalyutanı kriptobirjadan kənar almağa imkan verən alətlərin işə düşməsi, yəni ETF 

Hər iki şərtin böyük ehtimalla 2025-ci ildə yerinə yetiriləcəyini nəzərə alsaq, kripto bazarına likvidlik axını dalğasının qarşısını heç bir şey ala bilməyəcək.

5. Çin iqtisadiyyatının stimullaşdırılması

Kriptovalyutalara qoyulan məhdudiyyətlərə baxmayaraq, Çin qlobal iqtisadiyyatda və blokçeyn sənayesində mühüm rol oynayır. 2025-ci ildə Çin iqtisadiyyatının stimullaşdırılması kriptovalyutaları dolayı yolla dəstəkləyə bilər.

Trampın ABŞ-də hakimiyyətə gəldiyini nəzərə alsaq, ölkənin Çinə qarşı iqtisadi çəkindirmə kursunu davam etdirmək ehtimalı yüksəkdir. Bu isə Si Cinpini iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlərə sövq edə bilər.

Nəticə

Bütün bu fundamental amillər 2025-ci ildə kriptovalyuta sənayesinin sürətlə genişlənməsi üçün zəmin yaradır.

Ona görə də bu bazara girə bilməyənlər heç də narahat olmasın, daha yaxşı vaxtlar hələ qarşıdadır.

Son xəbərlər
Digər xəbərlər