2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 505 milyon manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 11.2% çoxalıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 22.3% çoxalaraq 920 milyon 395 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1 milyard 353 milyon manat, sığorta ödənişlərinin həcmi isə 752 milyon 712 min manat olub







