2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir: “Yeni standartlarda 3D robotexnika fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq”.