Həcmi 2 millilitr və ya daha az olan, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan, – həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digər plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı 31 dekabr 2024-cü ildən idxal gömrük rüsumundan azad edilir.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.31 dekabr 2024-cü ilə qədər iynəli və ya iynəsiz şprislərin həcmi 2 millilitr və ya daha az olanların 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayanların 1 ədədi üçün 0,03 ABŞ dollar, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayanın 1 ədədi üçün 0,04 ABŞ dolları, digərlərinin 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu tətbiq olunacaq.
Qeyd edək ki, insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan plastmasdan iynəli və ya iynəsiz şprislərin ölkəyə idxalı gömrük rüsumundan azaddır.