18 C
Baku
Friday, October 24, 2025

2025-ci ilin ilk üç rübü üzrə bankların faiz xərcləri üzrə RENKİNQİ

2025-ci ilin ilk üç rübündə Azərbaycan banklarının faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 50.8% artaraq 1.34 mlrd. manata yüksəlib.

Banker.az xəbər verir ki, ən yuxarı faiz xərci çəkən bank ABB olub — 283.4 mln. manat, illik 71.1% artımla.

Onu yaxından Kapital Bank (277.1 mln. manat, +74.7%) və PAŞA Bank (141.5 mln. manat, +66.6%) kimi iri banklar izləyir.

Dördüncü yerdə Bank Respublika (90.8 mln. manat, +43.8%), beşinci yerdə isə Unibank (73.6 mln. manat, +30.2%) qərarlaşıb.

Son hesablamalara görə, TOP5 bank sektorun ümumi faiz xərclərinin təxminən 65%-ni təşkil edib.

u

Son xəbərlər
Digər xəbərlər