20 C
Baku
Thursday, October 23, 2025

2025-ci ilin ilk üç rübündə ən böyük gəlir əldə edən bankların RENKİNQİ?

2025-ci ilin ilk üç rübü üzrə Azərbaycan bank sektorunun cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirləri birlikdə) 5.04 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19.1% artım deməkdir.

Banker.az xəbər verir ki, ən çox gəlir əldə edən bank Kapital Bank olub — onun ümumi gəliri 1.34 mlrd. manat təşkil edərək illik 26.6% artıb. Onu ABB (1.13 mlrd. manat, +26.3%) və PAŞA Bank (597.3 mln. manat, +7.8%) izləyib.

İlk beşlikdə həmçinin Unibank (277.3 mln. manat) və Bank Respublika (247.9 mln. manat, +23.5%) yer alıb.

Beləliklə, ilk beş bank birlikdə sektorun ümumi gəlirlərinin təxminən 91%-ni formalaşdırıb.

87908

Son xəbərlər
Digər xəbərlər