2025-ci ilin ilk üç rübüdə Azərbaycanın bank sektoru ümumilikdə təqribən 910.65 milyon manat xalis mənfəət əldə edib.
Banker.az bankların ümumi maliyyə hesabatlarını hesablayaraq bu nəticəyə gəlir.
Banklar bu xalis mənfəəti 56 milyard 137.96 milyon manat aktivlərlə generasiya edə biliblər.
Ölkənin bank sektorunun aktivlərinin mənfəətlilik (RoA) əmsalı 1.62 bənd təşkil edib. RoA dedikdə bankların xalis mənfəətinin cəmi aktivlərə olan nisbəti başa düşülür.
Banklardan ən yüksək göstərici ilə “Bank Melli Iran”ın Bakı filailı (3.61), “Bank VTB Azərbaycan” ASC (3.52), “Bank Avrasiya” ASC (2.8), “AccessBank” QSC (2.2) və “Bank of Baku” ASC (2.15) yer tutur.
ROA (Return on Assets) — bankın aktivlərindən nə qədər gəlir əldə etdiyini göstərən göstəricidir. Sadə desək, bankın hər 100 manatlıq aktivinə qarşı nə qədər xalis mənfəət qazandığını ölçür.
Düstur:
ROA=(Xalis mənfəət)/cəmi aktivlər)×100%
Yüksək ROA bankın aktivlərindən daha səmərəli istifadə etdiyini göstərir.