17 C
Baku
Tuesday, October 21, 2025

2025-ci ilin ilk üç rübündə kapitalından ən yaxşı istifadə edən banklar (ROE) – RENKİNQ

2025-ci ilin ilk üç rübü üzrə Azərbaycanın bank sektoru ümumilikdə 910.65 milyon manat xalis mənfəət əldə edib. Banker.az bankların ümumi maliyyə hesabatlarını analiz edərək bu nəticəyə gəlib.

Banklar bu mənfəəti 7 milyard 170.18 milyon manat cəmi kapital əsasında formalaşdırıblar.

Beləliklə, ölkənin bank sektorunun kapital mənfəətliliyi (ROE) əmsalı 12.7 bənd təşkil edib. ROE dedikdə bankların xalis mənfəətinin cəmi kapitala olan nisbəti başa düşülür.

Banklar arasında ən yüksək göstəriciləri aşağıdakı kredit təşkilatları göstərib:

  1. Kapital Bank – 21.02

  2. Bank Respublika – 18.70

  3. AccessBank – 16.33

  4. Yelo Bank – 14.63

  5. Bank of Baku – 14.22

ROE (Return on Equity) — bankın səhmdar kapitalından nə qədər gəlir əldə etdiyini göstərən göstəricidir. Sadə desək, bankın hər 100 manatlıq kapitalına qarşı nə qədər xalis mənfəət qazandığını ölçür.

324324324324324 32434564646546544

Son xəbərlər
Digər xəbərlər