17 C
Baku
Friday, October 17, 2025

2025-ci ilin oktyabrında bankların ən sərfəli qısamüddətli manat əmanətləri – Xalq Bank liderdir

Banker.az-ın araşdırmasına görə, təqdim olunan faizlər yalnız manatla yerləşdirilən müddətli əmanətlərə aiddir. Minimal depozit məbləği bankdan banka dəyişir və 50–1 000 manat aralığındadır.

79 3 1

 6 aylıq əmanətlərdə Xalq Bank 10,5% təklif etməklə daha sərfəli mövqe tutur. Daha sonra Kapital Bank, Expressbank, AccessBank, Yelo Bank və TuranBank 10%-lə ön sıralardadır.

Xalq Bankın “Müddətli əmanət” məhsulu üzrə:

  • 6 aylıq depozitlər — 10,5%
  • 3 aylıq depozitlər — 8,5%

Bu, hazırda manatla müddətli əmanətlər üçün bazardakı ən yüksək faiz dərəcəsidir. Müştərinin seçiminə görə, 6 aylıq əmanətlərdə aylıq ödənişlə 10% və ya müddətin sonunda 10,5% olmaqla iki variant mövcuddur. Minimal yerləşdirmə məbləği cəmi 100 manatdır, bu da daha çox müştərinin yığım imkanından yararlanmasına şərait yaradır.

Faizlərə görə növbəti sırada TuranBank və Yelo Bank gəlir — hər iki bank 6 aylıq müddətə 10% gəlirlilik təklif edir. Kapital Bank, Rabitəbank və Unibank da 10%-ə qədər faizlə diqqət çəkir.

Digər iri banklardan ABB 6 aylıq “Klassik əmanət” üzrə 9%, AccessBank isə “Müddətli depozit” məhsulu ilə 10%-ə qədər gəlir təklif edir. Bank Respublika və AFB Bank-da bu göstərici 6–6,5% aralığındadır.

 

Son xəbərlər
Digər xəbərlər