9 C
Baku
Monday, November 18, 2024

2025-ci ilin sonunadək investisiya layihələrinə 5 milyard dollar xarici borc cəlb edilə biləcək

2022–2025-ci illər üzrə yenilənən Strategiyaya dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlılığını təmin etmək məqsədilə 2025-ci ilin sonunadək dövlət borcunun (birbaşa daxili və birbaşa xarici dövlət borcu) ÜDM-ə nisbətinin 30 faizdən aşağı səviyyədə saxlanılması hədəflənir. İndiyə qədər bu tələb 20%-dən aşağı səviyyə idi.

Həmçinin, sərəncama əsasən, Xarici borcun (birbaşa xarici dövlət borcu) ÜDM-ə nisbəti 2025-ci ilin sonunadək 10,0 milyard ABŞ dollarını üstələməməsi hədəflənir. İndoyə qədər bu tələb 15, 0% (2025-ci ilin sonunadək) idi.

Xarici dövlət borcunun 2025-ci ilin sonunadək 10,0 milyard ABŞ dollarını üstələməməsi prioritet tədbir 2 kimi müəyyən edilib. Xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün 5,0 milyard ABŞ dollarınadək xarici borc cəlb edilə bilər. Xarici dövlət borcu üzrə yuxarı həddi təşkil edən həmin borcun ÜDM-ə nisbəti göstəricisi, xarici dövlət borcunun nominal ifadədə təsbit olunan yuxarı hədd göstəricisi ilə əvəz olunur.

Xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 10,7 faizi həcmində olması gözlənilir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün xarici borc cəlb ediləcəyindən, bu göstəricilər dəyişə bilər.

İndiyə qədər xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 10,7 faizi həcmində olması gözlənilirdi. Belə olan halda, 2025-ci ilin sonunadək xarici dövlət borcunun ÜDM nisbətinin 15%-dən aşağı səviyyədə saxlanılması təmin ediləcəkdi. Xarici dövlət borcunun ÜDM-ə nisbətinin 10%-dən aşağı salınması hədəfinin isə 2025–2030-cu illəri əhatə edəcək növbəti strategiya çərçivəsində təmin edilməsi nəzərdə tutulurdu.

Son xəbərlər
Digər xəbərlər