“AnTuTu” bençmarkının tərtibatçıları yanvar ayında dünyanın ən yüksək reytinqli smartfonlarının siyahısını dərc edib.
Siyahıya 2,89 milyona yaxın balla “MediaTek Dimensity 9400” prosesoru ilə çalışan “Vivo X200 Pro Satellite Edition” smartfonu gəlir. Ardınca 2,88 milyon balla “Oneplus Ace 5 pro” subflaqmanı və 2,86 milyon balla “Red Magic 10 Pro+” smartfonları gəlir. Hə iki model güclü “Snapdragon 8 Elite” prosesoru ilə çalışır.
“Snapdragon 8 Elite” prosesoru ilə işləyən başqa bir model isə – “iQOO 13” 2,85 milyon balla dördüncü mövqedə qərarlaşıb.
Top-beşliyi “Dimensity 9400”çipi ilə təchiz olunmuş “iQOO Neo 10 Pro” smartfonu bağlayır.
Saytda qeyd olunur ki, reytinqə çin bazarında satışa çıxarılan smartfonlar düşüb.