2026-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsində yeni dəyişikliklərlə qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni güzəştlər tətbiq edilir. Eyni zamanda, işçilər və işəgötürənlərin sosial öhdəliklərində də dəyişikliklər olub. Əvvəlki məqalələrdə bunlar barədə ətraflı məlumat verilib. Aylıq məbləğindən asılı olaraq, 2.500 manatadək gəlirlər 2026-cı ildən 3 faiz, 2027-ci ildən 5 faiz, sonrakı illərdən isə 7 faiz, 2.500-8.000 manat aralığında gəlirlər 10 faiz və 8.000 manatdan yuxarı gəlirlər 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2.500 manatadək olduqda həmin məbləğin 200 manatlıq hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.
Azərbaycanda mövcud qanunvericiliyə əsasən, hazırda əməkhaqqıdan aşağıdakı icbari ödənişlərin tutulması aparılır:
– Fiziki şəxslərin gəlir vergisi üzrə tutulma;
– Məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma;
– İşsizlikdən sığorta haqqı üzrə tutulma;
– İcbari tibbi sığorta haqqı üzrə tutulma.
Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov yeni dəyişikliklərdən sonra qarşıdakı illərdə əməkhaqlarından tutulmaları və hesablanma qaydalarını nümunələr əsasında izah edib:
2026-cı il üçün praktiki nümunələr
| Misal 1: | 2026 | |
| Hesablanan aylıq əməkhaqqı | 1500 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 1500 – 200 = 1300 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 1300 x 3% = 39 manat | |
| Sosial sığorta haqqı | İşçi | 200 x 3% + (1500 – 200) x 10% = 136 manat |
| İşəgötürən | 200 x 22% + (1500 – 200) x 15% = 239 manat | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 1500 x 0.5% = 7.5 manat |
| İşəgötürən | 1500 x 0.5% = 7.5 manat | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 1500 x 2% = 30 manat |
| İşəgötürən | 1500 x 2% = 30 manat | |
| Nett əməkhaqqı | 1500 – (39 + 136 + 7.5 + 30) = 1287.5 manat | |
| Misal 2: | 2026 | |
| Hesablanan aylıq əməkhaqqı | 9000 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 9000 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 2500 x 3% + (8000 – 2500) x 10% + (9000 – 8000) x 14% = 765 manat | |
| Sosial sığorta haqqı | İşçi | 200 x 3% + (9000 – 200) x 10% = 886 manat |
| İşəgötürən | 200 x 22% + (8000 – 200) x 15% + (9000 – 8000) x 11% = 1324 manat | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 9000 x 0.5% = 45 manat |
| İşəgötürən | 9000 x 0.5% = 45 manat | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 2500 x 2% + (9000 – 2500) x 0.5% = 82.5 manat |
| İşəgötürən | 2500 x 2% + (9000 – 2500) x 0.5% = 82.5 manat | |
| Nett əməkhaqqı | 9000 – (765 + 886 + 45 + 82.5) = 7221.5 manat | |
2027-ci il üçün praktiki nümunələr
| Misal 1: | 2027 | |
| Hesablanan aylıq əməkhaqqı | 1500 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 1500 – 200 = 1300 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 1300 x 5% = 65 manat | |
| Sosial sığorta haqqı | İşçi | 200 x 3% + (1500 – 200) x 10% = 136 manat |
| İşəgötürən | 200 x 22% + (1500 – 200) x 15% = 239 manat | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 1500 x 0.5% = 7.5 manat |
| İşəgötürən | 1500 x 0.5% = 7.5 manat | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 1500 x 2% = 30 manat |
| İşəgötürən | 1500 x 2% = 30 manat | |
| Nett əmək haqqı | 1500 – (65 + 136 + 7.5 + 30) = 1261.5 manat | |
| Misal 2: | 2027 | |
| Hesablanan aylıq əməkhaqqı | 9000 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 9000 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 2500 x 5% + (8000 – 2500) x 10% + (9000 – 8000) x 14% = 815 manat | |
| Sosial sığorta haqqı | İşçi | 200 x 3% + (9000 – 200) x 10% = 886 manat |
| İşəgötürən | 200 x 22% + (8000 – 200) x 15% + (9000 – 8000) x 11% = 1324 manat | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 9000 x 0.5% = 45 manat |
| İşəgötürən | 9000 x 0.5% = 45 manat | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 2500 x 2% + (9000 – 2500) x 0.5% = 82.5 manat |
| İşəgötürən | 2500 x 2% + (9000 – 2500) x 0.5% = 82.5 manat | |
| Nett əməkhaqqı | 9000 – (815 + 886 + 45 + 82.5) = 7171.5 manat | |
2028-ci il üçün praktiki nümunələr
| Misal 1: | 2028 | |
| Hesablanan aylıq əməkhaqqı | 1500 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 1500 – 200 = 1300 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 1300 x 7% = 91 manat | |
| Sosial sığorta haqqı | İşçi | 200 x 3% + (1500 – 200) x 10% = 136 manat |
| İşəgötürən | 200 x 22% + (1500 – 200) x 15% = 239 manat | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 1500 x 0.5% = 7.5 manat |
| İşəgötürən | 1500 x 0.5% = 7.5 manat | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 1500 x 2% = 30 manat |
| İşəgötürən | 1500 x 2% = 30 manat | |
| Nett əməkhaqqı | 1500 – (91 + 136 + 7.5 + 30) = 1235.5 manat | |
| Misal 2: | 2028 | |
| Hesablanan aylıq əməkhaqqı | 9000 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 9000 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 2500 x 7% + (8000 – 2500) x 10% + (9000 – 8000) x 14% = 865 manat | |
| Sosial sığorta haqqı | İşçi | 200 x 3% + (9000 – 200) x 10% = 886 manat |
| İşəgötürən | 200 x 22% + (8000 – 200) x 15% + (9000 – 8000) x 11% = 1324 manat | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 9000 x 0.5% = 45 manat |
| İşəgötürən | 9000 x 0.5% = 45 manat | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 2500 x 2% + (9000 – 2500) x 0.5% = 82.5 manat |
| İşəgötürən | 2500 x 2% + (9000 – 2500) x 0.5% = 82.5 manat | |
| Nett əməkhaqqı | 9000 – (865 + 886 + 45 + 82.5) = 7121.5 manat | |
Dövlət və özəl sektorda illər üzrə müqayisəli praktiki nümunələr
| 2026 (dövlət sektoru) | 2026 (özəl sektor) | ||
| Hesablanan aylıq əməkhaqqı | 1500 manat | 1500 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 1500 – 200 = 1300 | 1500 – 200 = 1300 | |
| Fiziki şəxslərin gəlir vergisi | 1300 x 14% = 182 | 1300 x 3% = 39 | |
| Sosial sığorta haqqı | İşçi | 1500 x 3% = 75 | 200 x 3% + (1500 – 200) x 10% = 136 |
| İşəgötürən | 1500 x 22% = 330 | 200 x 22% + (1500 -200) x 15% = 239 | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 1500 x 0.5% = 7.5 | 1500 x 0.5% = 7.5 |
| İşəgötürən | 1500 x 0.5% = 7.5 | 1500 x 0.5% = 7.5 | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 1500 x 2% = 30 | 1500 x 2% = 30 |
| İşəgötürən | 1500 x 2% = 30 | 1500 x 2% = 30 | |
| Nett əməkhaqqı | 1500 – (182 + 75 + 7.5 + 30) = 1205.5 manat | 1500 – (39 + 136 + 7.5 + 30) = 1287.5 manat | |
| 2026 (dövlət sektoru) | 2026 (özəl sektor) | ||
| Hesablanan aylıq əməkhaqqı | 9000 manat | 9000 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 9000 manat | 9000 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 2500 x 14% + (9000 -2500) x 25% = 1975 | 2500 x 3% + (8000 -2500) x 10% + (9000 -8000) x 14% = 765 | |
| Sosial sığorta haqqı | İşçi | 9000 x 3% = 270 | 200 x 3% + (9000 – 200) x 10% = 886 |
| İşəgötürən | 9000 x 22% = 1980 | 200 x 22% + (8000 -200) x 15% + (9000 -8000) x 11% = 1324 | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 9000 x 0.5% = 45 | 9000 x 0.5% = 45 |
| İşəgötürən | 9000 x 0.5% = 45 | 9000 x 0.5% = 45 | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 8000 x 2% + (9000 -8000) x 0.5% = 165 | 2500 x 2% + (9000 -2500) x 0.5% = 82.5 |
| İşəgötürən | 8000 x 2% + (9000 -8000) x 0.5% = 165 | 2500 x 2% + (9000 -2500) x 0.5% = 82.5 | |
| Nett əməkhaqqı | 9000 – (1975 + 270 + 45 + 165) = 6545 | 9000 – (765 + 886 + 45 + 82.5) = 7221.5 | |
| 2027 (dövlət sektoru) | 2027 (özəl sektor) | ||
| Hesablanan aylıq əməkhaqqı | 1500 manat | 1500 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 1500 – 200 = 1300 | 1500 – 200 = 1300 | |
| Fiziki şəxslərin gəlir vergisi | 1300 x 14% = 182 | 1300 x 5% = 65 | |
| Sosial sığorta haqqı | İşçi | 1500 x 3% = 75 | 200 x 3% + (1500 – 200) x 10% = 136 |
| İşəgötürən | 1500 x 22% = 330 | 200 x 22% + (1500 -200) x 15% = 239 | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 1500 x 0.5% = 7.5 | 1500 x 0.5% = 7.5 |
| İşəgötürən | 1500 x 0.5% = 7.5 | 1500 x 0.5% = 7.5 | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 1500 x 2% = 30 | 1500 x 2% = 30 |
| İşəgötürən | 1500 x 2% = 30 | 1500 x 2% = 30 | |
| Nett əməkhaqqı | 1500 – (182 + 75 + 7.5 + 30) = 1205.5 | 1500 – (65 + 136 + 7.5 + 30) = 1261.5 | |
| 2027 (dövlət sektoru) | 2027 (özəl sektor) | ||
| Hesablanan aylıq əməkhaqqı | 9000 manat | 9000 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 9000 manat | 9000 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 2500 x 14% + (9000 -2500) x 25% = 1975 | 2500 x 7% + (8000 -2500) x 10% + (9000 -8000) x 14% = 815 | |
| Sosial sığorta haqqı | İşçi | 9000 x 3% = 270 | 200 x 3% + (9000 – 200) x 10% = 886 |
| İşəgötürən | 9000 x 22% = 1980 | 200 x 22% + (8000 -200) x 15% + (9000 -8000) x 11% = 1324 | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 9000 x 0.5% = 45 | 9000 x 0.5% = 45 |
| İşəgötürən | 9000 x 0.5% = 45 | 9000 x 0.5% = 45 | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 8000 x 2% + (9000 -8000) x 0.5% = 165 | 2500 x 2% + (9000 -2500) x 0.5% = 82.5 |
| İşəgötürən | 8000 x 2% + (9000 -8000) x 0.5% = 165 | 2500 x 2% + (9000 -2500) x 0.5% =82.5 | |
| Nett əməkhaqqı | 9000 – (1975 + 270 + 45 + 165) = 6545 | 9000 – (865 + 886 + 45 + 82.5) =7171.5 | |
| 2028 (dövlət sektoru) | 2028 (özəl sektor) | ||
| Hesablanan aylıq əməkhaqqı | 1500 manat | 1500 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 1500 – 200 = 1300 | 1500 – 200 = 1300 | |
| Fiziki şəxslərin gəlir vergisi | 1300 x 14% = 182 | 1300 x 7% = 91 | |
| Sosial sığorta haqqı | İşçi | 1500 x 3% = 75 | 200 x 3% + (1500 – 200) x 10% = 136 |
| İşəgötürən | 1500 x 22% = 330 | 200 x 22% + (1500 – 200) x 15% = 239 | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 1500 x 0.5% = 7.5 | 1500 x 0.5% = 7.5 |
| İşəgötürən | 1500 x 0.5% = 7.5 | 1500 x 0.5% = 7.5 | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 1500 x 2% = 30 | 1500 x 2% = 30 |
| İşəgötürən | 1500 x 2% = 30 | 1500 x 2% = 30 | |
| Nett əməkhaqqı | 1500 – (182 + 75 + 7.5 + 30) =1205.5 | 1500 – (91 + 136 + 7.5 + 30) = 1235.5 | |
| 2028 (dövlət sektoru) | 2028 (özəl sektor) | ||
| Hesablanan aylıq əməkhaqqı | 9000 manat | 9000 manat | |
| Vergiyə cəlb edilən məbləğ | 9000 manat | 9000 manat | |
| Fiziki şəxslərin gəlir vergisi | 2500 x 14% + (9000 -2500) x 25% = 1975 | 2500 x 7% + (8000 -2500) x 10% + (9000 -8000) x 14% = 865 | |
| Sosial sığorta haqqı | İşçi | 9000 x 3% = 270 | 200 x 3% + (9000 – 200) x 10% = 886 |
| İşəgötürən | 9000 x 22% = 1980 | 200 x 22% + (8000 -200) x 15% + (9000 -8000) x 11% = 1324 | |
| İşsizlikdən sığorta haqqı | İşçi | 9000 x 0.5% = 45 | 9000 x 0.5% = 45 |
| İşəgötürən | 9000 x 0.5% = 45 | 9000 x 0.5% = 45 | |
| İcbari tibbi sığorta haqqı | İşçi | 8000 x 2% + (9000 -8000) x 0.5% = 165 | 2500 x 2% + (9000 -2500) x 0.5% = 82.5 |
| İşəgötürən | 8000 x 2% + (9000 -8000) x 0.5% = 165 | 2500 x 2% + (9000 -2500) x 0.5% = 82.5 | |
| Nett əməkhaqqı | 9000 – (1975 + 270 + 45 + 165) = 6545 | 9000 – (865 + 886 + 45 + 82.5) =7121.5 | |







