16 C
Baku
Wednesday, May 22, 2024

2026-cı ilə qədər Azərbaycanın turizm gəlirləri 4 dəfə artacaq

“İlin əvvəlindən verdiyimiz proqnoz özünü doğruldub və turizm sənayesi 50 faiz bərpa olunub”.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022″də çıxışı zamanı deyib.

O bildirib ki, turizmin inkişafı üçün 10 istiqamət müəyyənləşdirilib:

“Bu istiqamətlər 2022-2026-cı illər Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına yönəlib. Hədəfimiz 2026-cı ilə qədər xaricdən turist axınını 4 milyon nəfərə, daxili turizmi isə 6 milyon nəfərə çatdırmaqdır. Hesab edirik ki, 2026-cı ilə qədər turizm gəlirləri 4 dəfə artaraq 11.2 milyard manata çatacaq və bunun da 5.5 milyard manatı əcnəbi turistlərin xərcləmələrinin payına düşəcək”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər