2026-cı ildə ehtiyat fondlarına 410 000 000,0 manat vəsait ayrılması proqnozlaşdırılır.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəsaitin 300 000 000,0 manatı Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna, 110 000 000,0 manatı isə Dövlət büdcəsinin Ehtiyat Fonduna ayrılacaq.