14 C
Baku
Thursday, February 19, 2026

2026-cı ildə təhsil müəssisələrinin mühafizə xidməti 7 milyon manata başa gələcək

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 7 milyon manatlıq mühafizə xidməti alır.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması ilə bağlı tenderə yekun vurub.

Keçirilmiş satınalma prosedurunun nəticəsinə əsasən, qalib şirkət GESCO Açıq Səhmdar Cəmiyyəti olub.

Müqavilənin ümumi dəyəri 7 016 259 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər