Azərbaycanda hava yolları ilə yükdaşınmalar 2026-cı ilin ilk iki ayında azalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin ilk iki ayında 51.4 min ton təşkil edib.
Bu da 2025-ci ilin ilk iki ayı ilə müqayisədə 22.4% azalamadır. Ötən ilin eyni dövründə 66.2 min ton olmuşdu.
DSK bildirib ki, ilk iki ayda 2026-cı ilin yanvar-fevral aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda 2267,2 milyon manat məbləğində xidmət göstərilmiş və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 faiz artım qeydə alınıb.
Dəniz nəqliyyatında daşınmış yüklərin 50.6 faizini neft yükləri təşkil etmişdir. Dəniz limanları tərəfindən 1 milyon 777 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1 milyon 457,7 min tonunu (82,0 faiz) tranzit yüklər təşkil edib. 2026-cı il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 20,6 min ton olub.







