7 C
Baku
Sunday, December 15, 2024

2026-cı ildən etibarən TAP vasitəsilə əlavə qaz həcmləri nəql olunacaq

2026-cı ildən etibarən Trans-Adriatik boru kəməri (TAP) ilə əlavə olaraq 1.2 milyard kubmetr qaz nəql ediləcək.

Bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti Avropa Qaz Konfransında deyib.

“Bu yaxınlarda TAP konsorsiumu imkanların genişləndirilməsinin birinci mərhələsini başladıb. 2026-cı ildən etibarən əlavə olaraq 1.2 milyard kubmetr qazın nəqli buraxılış qabiliyyətinin illik 20 milyard kubmetrədək genişləndirilməsi prosesinin başlanğıc mərhələsi olacaq”, – o deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər