2026-cı ilin ilk rübündə bankların cəmi faiz gəlirləri üzrə RENKİNQİ

Azərbaycan bank sektorunda 2026-cı ilin ilk rübündə cəmi faiz (faiz gəliri və qeyri-faiz gəliri) gəlirləri 1 milyard 812.2 milyon manat təşkil edib.

Banker.az-ın bankların maliyyə hesabatlarına əsaslanan hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründə 1 milyard 543.4 milyon manatla müqayisədə 17% artım deməkdir.

Banklar üzrə ən yüksək faiz gəliri “Kapital Bank”da qeydə alınıb. Belə ki, bankın faiz gəlirləri 471.9 milyon manat təşkil edib və bu, illik müqayisədə 18% artım deməkdir. İkinci yerdə ABB qərarlaşıb və onun faiz gəlirləri 430.1 milyon manat olub (28% artım). “PAŞA Bank” isə 201.2 milyon manat faiz gəliri ilə üçüncü sıradadır, burada illik müqayisədə 6% azalma qeydə alınıb.

“Unibank” və “Bank Respublika” müvafiq olaraq 105.2 milyon manat və 86.8 milyon manat faiz gəliri ilə TOP 5-liyi tamamlayır. Bu banklarda illik artım 23% və 15% təşkil edib.

Sektor üzrə ümumi göstəricilərə əsasən TOP 5 bankın (Kapital Bank, ABB, PAŞA Bank, Unibank, Bank Respublika) cəmi faiz gəlirləri 1 milyard 265.1 milyon manat olub. Bu isə ümumi bazarın 69.8%-ni təşkil edir. Öncəki ildə 69% idi.

46765756

Son xəbərlər
Digər xəbərlər