2026-cı ilin ilk üç rübündə ən böyük xalis mənfəət əldə edən bankların RENKİNQİ

Azərbaycanda renkinqdə yer alan 21 bankın xalis mənfəəti 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 1 081,79 milyon manata çatıb. Bir il əvvəl bu göstərici 911,28 milyon manat olub. Banklardan 16-sının mənfəəti artıb, beşində azalıb.

ABB xalis mənfəətini illik 34,8% artıraraq 352,38 milyon manatla liderliyini qoruyub. İkinci yerdəki “Kapital Bank”ın mənfəəti 29,6% artaraq 297 milyon manata, üçüncü pillədəki “PAŞA Bank”ın mənfəəti isə 0,7% yüksələrək 133,80 milyon manata çatıb. Bu üç bankın ümumi mənfəətdə payı 72,4% təşkil edib.

“Bank Respublika” mənfəətini 16,5% artıraraq 50,29 milyon manata, “AccessBank” 27% artıraraq 45,25 milyon manata, “Bank of Baku” isə 12,6% artıraraq 27,05 milyon manata çatdırıb.

Faiz ifadəsində ən yüksək artım “Unibank”da qeydə alınıb: bankın mənfəəti 72,6% yüksələrək 26,61 milyon manat olub. “Expressbank”da artım 65,1%, “Azər Türk Bank”da 61,7%, “AFB Bank”da isə 59,3% təşkil edib.

456456456546546

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər