Azərbaycanda fəaliyyət göstərən bankların cəmi gəlirləri (faiz və qeyri-faiz gəlirlərinin cəmi) 2026-cı ilin ikinci rübünün yekununda 3 milyard 732,2 milyon manat təşkil edib.
Banker.az-ın təqdim etdiyi hesabata əsaəsən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 15% və ya təxminən 480 milyon manat çoxdur.
Cəmi gəlirin həcminə görə banklar arasında lider Kapital Bank olub. Bankın cəmi gəlirləri illik müqayisədə 11% artaraq 972,1 milyon manata yüksəlib.
İkinci yerdə ABB qərarlaşıb. Bankın cəmi gəlirləri 24% artaraq 903,4 milyon manat təşkil edib. İlk üçlüyü isə PAŞA Bank tamamlayıb. Bankın cəmi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, dəyişməyərək 401,8 milyon manat olub.
İlk üç bankın cəmi gəlirləri 2 milyard 277,3 milyon manat təşkil edib ki, bu da bank sektorunun ümumi cəmi gəlirlərinin 61%-ni təşkil edir.
İllik müqayisədə cəmi gəlirlərini ən yüksək templə artıran bank AFB Bank olub. Bankın cəmi gəlirləri 92% artıb. Sonrakı yerlərdə Ziraat Bank Azərbaycan (54%), Yapı Kredi Bank Azərbaycan (28%), Bank of Baku (26%) və ABB (24%) qərarlaşıb.







