2024-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlanacaq.
Bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Energetika Nazirliyi və İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb 2023-cü il iyunun 1-dək Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.