5 C
Baku
Saturday, December 14, 2024

2027-ci ilədək əsas kapitala investisiyaların artımı illik 2.8% proqnozlaşdırılır

Azərbaycan hökuməti 2023-2026-cı illrdə əsas kapitala investisiyaların illik real artımını 2.8% səviyyəsində proqnozlaşdırır.

Hökumətin proqnozlarına əsasən, 2023-cü ildə əsas kapitala kapital qoyuluşlarının nominal həcmi 18 milyard 703 milyon manat (2022-ci illə müqayisədə real artım 3.3%) təşkil edəcək. Həmçinin investisiyaların ümumi həcmindən 14 milyard 608.3 milyon manat (78.1%) daxili investisiyalar, 4 milyyard 94.7 milyard manat (21.9%) xarici investisiyalar təşkil edəcək.

Proqnozlara əsasən, 2023-cü ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 5 milyard 718.1 milyon manat, digər sektorlara – 12 milyard 984.9 milyon manat təşkil edəcək.

2024-cü il üçün əsas kapitala kapital qoyuluşları 19 milyard 483.1 milyon manat (real artım 2.2%) səviyyəsində prqonozlaşdırılır. Daxili investisiyaların həcmi 14 milyard 993.8 milyon manat (76.7%), xarici investisiyaların həcmi – 4 milyard 489.3 milyon manat (23.3%) təşkil edəcək.

2024-cü ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 5 milyard 743.7 milyon manat, digər sektorlara – 13 milyard 739.4 milyon manat təşkil edəcək.

2025-ci il üçün investisiyalar 20 milyard 419.6 milyon manat (artım 2.8%) proqnozlaşdırılır. 2025-ci ildə daxili investisiyaların həcmi 15 milyard 729.4 milyon manat (77%), xarici investisiyaların həcmi – 4 milyard 690,2 milyon manat (23%) təşkil edəcək. Həmçinin, neft-qaz sektoruna kapital qoyuluşları 5 milyard 249.3 milyon manat, digər sektorlara isə 15 milyard 170.3 milyon manat səviyyəsində proqnozlaşdırılır.

2026-cı il üçün investisiyalar 21 milyard 437.4 milyon manat (artım 3%) proqnozlaşdırılır. 2026-cı ildə daxili investisiyaların həcmi 16 milyard 702.7 milyon manat (77.9%), xarici investisiyaların həcmi – 4 milyard 734.7 milyon manat (22.1%) təşkil edəcək. 2026-cı ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 4 milyard 773.4 milyon manat, digər sektorlara – 16 milyard 664 milyon manat təşkil edəcək.

Ümumilikdə, hökumətin proqnozlarına əsasən, 2023-2026-cı illərdə əsas kapitala orta kapital qoyuluşlarının illik artımı 2.8% təşkil edəcək. Həmçinin, 2023-2026-cı illərdə qeyri neft-qaz sektorunda əsas kapitala investisiyaların orta illik artımı 6.4% təşkil edəcək.

Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala kapital qoyuluşları 13 milyard 53.6 milyon manat təşkil edib, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 8.2% çoxdur.

Son xəbərlər
Digər xəbərlər