13 C
Baku
Tuesday, May 7, 2024

2027-ci ildə qeyri-neft sektorunun iqtisadiyyatda payı 79%-ə kimi artacaq

Neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft/qaz sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft/qaz gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib.

Qeyd edilib ki, 2027-ci ildə ÜDM-nin tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neft-qaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır.

“Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-nin real ifadədə 0,3 faiz azalacağı gözlənilir”- sənəddə əlavə edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər