5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

2029-cu ildə son dərəcə təhlükəli asteroid Yerə doğru uçacaq

2029-cu ildə Kosmonavtika Günündən dərhal sonra diametri təxminən 400 metr, çəkisi 30 tondan çox olan kritik təhlükəli olan asteroid “Apofis” Yerə doğru uçacaq.

Bu barədə Rusiyanın Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu məlumat yayıb.

Tədqiqatçıların proqnozlarına görə, “Apofis”in (qədim Misirin məhvetmə tanrısı Apopın şərəfinə adlandırılıb) maksimum yaxınlaşma anı aprelin 13-nə təsadüf edəcək.

“Yaxınlaşma sürəti saniyədə 7,42 kilometr olacaq. Onun Yer səthi ilə toqquşması zamanı ayrılan enerji 1717 meqaton olacaq. Həmin an 10 kilometr radiusda zəlzələnin gücü Rixter şkalası üzrə 6,5 bala çata bilər, küləyin sürəti saniyədə ən azı 790 metr olacaq”, – institutun proqnozunda bildirilir.

Həmçinin asteroidlə Yerin toqquşması zamanı 1961-ci ildə sovet termonüvə bombasının partlamasından 30 dəfə daha güclü partlayışa səbəb olacağı proqnozlaşdırılır.

Bundan əvvəl NASA iki təhlükəli asteroidin Yerə doğru yaxınlaşdığını bildirmişdi.

 

 

Son xəbərlər
Oxşar xəbərlər