23 C
Baku
Tuesday, May 28, 2024

“2030-cu ilə qədər Bakıda ictimai nəqliyyatdan istifadə edənlərin payının 90%-i ötməsi planlaşdırılır”

2030-cu ilə qədər Bakıda səfərlərin 30-40%-nin şəxsi minik avtomobilləri, qalanının isə ictimai nəqliyyatla reallaşdırılması hədəflənir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

“Ümumilikdə isə ictimai nəqliyyatdan istifadə edənlərin payının 90%-i ötməsi, sərnişinlərin və piyadaların hərəkətinin rəqəmsallaşdırılması planlaşdırılır. Bundan başqa, sistemli göstəricilərin dəyişdirilməsi, bununla da, insanların istənilən nöqtəyə daha qısa vaxtda çatması, tıxacların aradan qaldırılması nəzərdə tutulur. Ekoloji cəhətdən vəziyyətin yaxşılaşdırılması da hədəfdədir. Adambaşına CO2 normasının 600 kiloqramdan aşağı endirilməsi planlaşdırılır. Bu da Parislə eyni səviyyədir”, – deyə o qeyd edib.

“Bakıda il ərzində təxminən 2 milyard səfər həyata keçirilir. Bunun da 52%-i fərdi nəqliyyat vasitələrinin və taksilərin, 28%-i ictimai nəqliyyatın payına düşür. Bakıda ictimai nəqliyyatın payını sürətlə artırmaq mümkün olmayacaq, ancaq səfərlərin 41%-nin ictimai nəqliyyata ötürülməsini nəzərdə tutmuşuq. Ümumiyyətlə biz başqa ölkələrdə bu məsələ ilə bağlı hansı işlər görüldüyünü nəzərdən keçirmişik, ümumilikdə 60-dan artıq proqram və təşşəbüslərə baxmışıq”, – deyə AYNA sədri əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər