Çin iqtisadiyyatının inkişafındakı ləngimə enerji bazarlarına əhəmiyyətli təsir göstərəcək, bütün növ qalıq yanacaqlara tələbat pik həddə çatacaq, sonra isə azalmağa başlayacaq.
“Kommersant” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2030-cu ilə qədər proqnozunda deyilir.
Agentlik ilk dəfədir, belə proqnoz verir. Təşkilat hesab edir ki, tələbin azalması aşağı artım templərinin və 2022-ci ilin enerji böhranının nəticəsi olacaq.
Son on ildə Çin qlobal iqtisadiyyatın 1/3-dən çoxunu, eləcə də dünya üzrə neft istehlakı artımının üçdə ikisini və qaz istehlakı artımının üçdə birini Çinin payına düşür. Amma indi iqtisadiyyatın inkişafı yubanır: artım 2030-cu ilə qədər ildə 4%-i keçməyəcək, beləliklə, ölkədə ümumi enerji tələbatı 2025-ci ildə – təmiz enerjidən istifadənin genişlənməsindən sonra ən yüksək həddə çatacaq. Ortamüddətli artım templərinin daha bir faiz bəndi azalması neft idxalının 5%, LNG idxalının isə 20% azalmasına səbəb olacaq.
Neftə tələbat son onilliklərdə ilk növbədə nəqliyyat hesabına artıb. O cümlədən 20 il ərzində gündəlik 18 milyon barel artıb və hazırda təqribən 100 milyon barel təşkil edir, nəqliyyat sektoru neft istehlakının 45%-ni təmin edir. Amma bu il satışın payı satışların yarısını təşkil edən Çin və inkişaf etmiş ölkələr tərəfindən idarə olunan elektrik avtomobillərinin 18%-ə çatacağı gözlənilir.
İEA-nın proqnozuna görə, onilliyin sonuna qədər nəqliyyat neft istehlakında artım mənbəyi olmaqdan çıxacaq. Bununla belə, neft-kimya, hava nəqliyyatı və dəniz daşımalarında tələb artmağa davam edəcək.