2030-cu ilə qədər dövrü əhatə edən yeni təhsil proqramı hazırlanacaq.
Bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə deyib.
Məktəbəqədər təhsillə bağlı fikirlərini bölüşən UNICEF-in nümayəndəsi bütün səviyyələrdə hazırlığın təmin olunacağını qeyd edib.
Tədrisin təkmilləşdirilməsinə və genişləndirilməsinə ehtiyacın olduğunu deyən L.Həsənova burada maliyyə təminatının vacibliyini diqqətə çatdırıb.