11 C
Baku
Monday, April 28, 2025

“2030-cu ilədək “yaşıl iqtisadiyyat” sektorunun dəyəri 4 trilyon dolları ötəcək”

2022-ci ildə “yaşıl iqtisadiyyat” sektorunun dəyəri təxminən 1,5 trilyon ABŞ dolları təşkil edirdisə, 2030-cu ilə qədər bu rəqəmin 4 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.

Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, 2025-ci ilə qədər təmiz enerji bazarının həcminin 1,5 trilyon ABŞ dollarına çatacağı gözlənilir. “Eyni zamanda, süni intellekt texnologiyalarının tətbiqi sayəsində 2025-ci ilə qədər karbon emissiyalarının izlənilməsi prosesi 50 % daha sürətli və dəqiq həyata keçirilir. Biz bu qlobal trendlərdən geri qala bilmərik. Bununla bağlı artıq strateji sənədlər hazırlanıb və inkişaf istiqamətləri müəyyən edilib”, – deyə H. Hüseynov vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər