7 C
Baku
Thursday, December 12, 2024

2034-cü ildə Rusiya əhalisinin 30%-i müsəlmanlardan ibarət olacaq

2034-cü ildə Rusiya əhalisinin 30 faizi müsəlmanlardan ibarət olacaq. Bu fikri Moskvada Rusiya Dövlət Dumasında keçirilən “Rusiyada islamın tarixi: vətənpərvərlik və dinc-yanaşı yaşama ənənələri” mövzusunda konfransda çıxış edən Rusiya Müftilər Şurasının sədri, şeyx Ravil Qaynutdin səsləndirib.

Rusiya KİV-lərinə istinadla, Ravil Qaynutdin deyib: “Mötəbərliyinə şübhə etmədiyimiz mütəxəssis rəylərinə görə, 15 ildən sonra müsəlmanlar Rusiya əhalisinin 15 faizini təşkil edəcək”. Onun sözlərinə görə, Moskva Came Məscidində ibadətə rəhbərlik etdiyi 30 il ərzində ekspertlərin proqnozlarının doğrulduğunun şahidi olub. O qeyd edib: “Məsələn, hüquq-mühafizə orqanlarının rəsmi məlumatına görə, 2018-ci ildə Qurban bayramı günü ibadətə 320 min müsəlman gəlib və bu göstərici ildən-ilə artır. İnsanlar arasında sıx təmas, mədəniyyətlərin və dünyagörüşünün uzlaşması, fəal miqrasiya prosesi Rusiya üçün unikal hal deyil, əksinə, dövrümüzün xüsusiyyətidir”. Müfti əlavə edib ki, bir çox ekspertlər, politoloqlar və sosioloqların qənaətinə görə, demoqrafik, iqtisadi, miqrasiya və digər səbəblərdən müsəlman amili daha da güclənəcək.Image result for islam in russia

R.Qaynutdin bildirib ki, yaxın illərdə Rusiyanın böyük şəhərlərində məscidlərin açılmasına ehtiyac var. Bu, Rusiyada yaşayan 25 milyon müsəlmanın ibadəti üçün çox vacibdir.

Son xəbərlər
Digər xəbərlər