Bakı Limanında mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”-a endirilməsi hədəflənib.
Limandan verilən məlumata görə, bu məqsədlə beynəlxalq ekspertlərlə birgə “Bakı Limanı 2035 – CO2 zero emission” üzrə uzunmüddətli strategiya hazırlanıb.
Strategiya bu gün, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyinə təqdim edilib. Yeni strategiya əsas baza rolunu oynayacaq və bu istiqamətdə atılacaq əməli addımlarla, Bakı Limanında hədəfə nail olunacaq.