Karbohidrogenlərin davam edən hasilatına baxmayaraq bu prosesin ətraf mühitə təsirini azalatmaq üçün səy göstərmək lazımdır.
Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədəki regional təmsilçiliyinin prezidenti Geri Cons “Energy Forward” konfransında deyib.
O bildirib ki, proqnozlara əsasən 2040-cı ilədək dünyada enerji daşıyıcılarına tələbat 30 faiz artacaq və bu, təmin olunmalıdır:
“Bununla belə iqlim dəyişikliyi bizim qarşımızda yeni tapşırıqlar qoyur”.
G.Cons bildirib ki, şirkətlər bu cür çağırışlara cavab verməlidir.
©Trend