10 C
Baku
Thursday, November 14, 2024

2040-cı ilədək paytaxtın küçə-yol şəbəkəsinin uzunluğu 368.7 km artırılacaq

2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368.7 km artırılması planlaşdırılıb.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

“2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368.7 km-dək artırılması, habelə küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 2300 km-dən 2668 km-ə, şəbəkənin orta sıxlığının isə 1.02km/km²-dən 1.2km/km²-ə çatdırılması planlaşdırılmışdır”, – sənəddə qeyd olunur.

Sənədə əsasən, paytaxtın mərkəzi ərazisində nəqliyyat sıxlığının azaldılması, şəhərin şərq və qərb hissələri arasındakı nəqliyyat yerdəyişmələri zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxilolmadan şəhərkənarı həlqəvi magistrallara çıxışlarının təmin edilməsi, habelə mövcud yolların perspektivdə ifrat yüklənmələrinin qarşısının alınması məqsədilə yeni alternativ yol infrastrukturlarının yaradılması nəzərdə tutulub.

2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həlledilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər