2040-cı ildə Bakıda istehsal olunan Ümumi Daxili Məhsulun (ÜDM) dəyərinin 2020-ci illə müqayisədə 78% çox – 52 milyard manat olması hədəflənir.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Sənədə əsasən, 2019-cu ildə paytaxda 29.2 milyard manatlıq ÜDM istehsal edilib. 2020-2040-cı illərdə isə bu sektorda 22.8 milyard manat əlavə ÜDM istehsal olunacaq.
2040-cı ildə Bakıda ÜDM istehsalının əsas hissəsi mədənçıxarma sənayesi (15%), peşəkar və maliyyə xidmətləri (11%), turizm (10%), ticarət (10%) və nəqliyyat (8%) sahələrinin payına düşəcək.
“Növbəti 20 ildə paytaxtda xarici investisiyaların məbləğinin 30.3 milyard ABŞ dolları, investisiya qoyuluşu üçün nəzərdə tutulan ərazilərin 24 min hektar olması nəzərdə tutulur”, – Baş planda qeyd edilib.