7 C
Baku
Sunday, December 15, 2024

2040-cı ildən Avropada yük maşınları elektrik mühərrikləri ilə işləyəcək

Kommersiya nəqliyyat vasitələri istehsalçıları 2040-cı ildən etibarən Avropada yeni yük maşınlarının yalnız elektrik mühərrikləri ilə təchiz olunacağı ilə bağlı saziş imzalayıb. Elektrik mühərrikli yük maşınlarının bazara daxil edilməsini sürətləndirmək üçün avtomobil istehsalçıları qalıq yanacaqlara daha yüksək vergilər tətbiq olunmasını tələb edirlər.

“Auto-Consulting” məlumatına görə, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) üzv olan yeddi şirkət – “Daimler”, “Scania”, MAN, “Volvo”, DAF, IVECO və “Ford” daxili yanma mühərriklərindən (DYM) tamamilə imtina etməyi qəbul ediblər. Bildirilir ki, artıq 2040-cı ildən onlar ya batareyalardan, ya da yanacaq elementlərindən “qidalanan” elektrik mühərrikləri ilə təchiz olunmuş yük maşınları istehsal edəcəklər.

Növbəti 20 il ərzində yeni güc aqreqatlarının işlənib hazırlanmasına xeyli miqdarda resurs sərf ediləcək. Belə ki, İsveçin “Scania” şirkətinin rəhbəri Henrik Henriksson yeni mühərriklərin hazırlanmasına 50-100 milyard ABŞ dolları xərcləmək niyyətində olduqlarını söyləyib. Proses Potsdam İqlim Dəyişikliyini Öyrənmə İnstitutu ilə birlikdə həyata keçiriləcək.

Ekoloji təmiz nəqliyyat növlərinə keçidi sürətləndirmək üçün yük maşınları istehsalçıları Avropa səlahiyyətlilərindən qalıq yanacaqlara görə vergiləri artırmağı xahiş ediblər. Onların fikrincə, bu cür addım daha çox istehsalçını yeni DYM hazırlanmasından imtinaya məcbur edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər