26 C
Baku
Saturday, July 27, 2024

2050-ci ilədək Ermənistan əhalisinin sayı 3 milyon nəfər olmayacaq

BMT-nin Əhalinin məskunlaşması Fondunun proqnozuna əsasən, Ermənistan əhalisi 2050-ci ilədək 2 959 700 nəfərdən 2 816 000 min nəfərədək azalacaq.

“Novosti Armeniya” xəbər verir ki, bunu BMT-nin Əhalinin məskunlaşması Fondunun “Əhali və inkişaf” proqramının əlaqələndiricisi Anna Ovannisyan videoformatda keçirilən müzakirələrdə bildirib.

“Qeyd etmək lazımdır ki, bu proqnoz 2019-cu ildə açıqlanıb. BMT ildə bu istiqamətdə iki dəfə proqnoz verir. 2021-ci ildə yeni proqnozların veriləcəyi gözlənilir. Demək olar ki, Ermənistan üçün bu çox bədbin proqnoz olacaq”, – o qeyd edib.

A.Ovannisyan Ermənistan (2 816 000 mln nəfərədək ), Gürcüstan (3 517 000) və Rusiyanın (135 824 000) əhalisinin sayı azalacaq: “Bu müddətdə Azərbaycan (11 905 000 nəfərədək), Türkiyə (97 140 000 nəfərə) və İranın (103 098 000) əhalisinin sayı artacaq”.

Xatırladaq ki, Ermənistan əhalisinin sayı 3 018 854 nəfər olub. Ötən 10 ildə ölkə əhalisinin sayı 3 milyon nəfərə çatmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər