10 C
Baku
Friday, December 13, 2024

2050-ci ilə qədər 20 ölkə yoxsullaşacaq

Dünya Bankı 26 aşağı gəlirli ölkə ilə bağlı hesabat dərc edib.

Son illər dünya iqtisadiyyatında artım tempi əvvəlki illərlə müqayisədə aşağı səviyyədə qalıb. Bu sahədə heç bir irəliləyiş olmasa, 20 ölkə 2050-ci ilə qədər yoxsul qalmaq riski daşıyır.

Bildirilib ki, bu ölkələrdən yalnız 6-sı 25 il ərzində orta gəlir səviyyəsinə çata bilib. Bildirilib ki, aşağı artımla yanaşı, tez-tez iqtisadi böhranlar və artan münaqişələr də irəliləyişi ləngidir. Bu ölkələrdə insanlar gündə 2,15 dollardan az gəlirlə yaşayırlar.

Hesabatda Suriyanın da 2010-cu illərdə aşağı gəlirli ölkələr kateqoriyasına qoşulduğu xatırladılıb. Dünya Bankı sözügedən digər ölkələrin adını açıqlamayıb.

Son xəbərlər
Digər xəbərlər