-3 C
Baku
Sunday, December 15, 2024

2050-ci ilə qədər Türkiyədə enerjinin 20 faizə qədəri yaşıl hidrogen sayəsində istehsal ediləcək

Artıq 2050-ci ilə qədər Türkiyədəki enerjinin 20 faizə qədərinin yaşıl hidrogen – bərpaolunan enerji mənbələrindən əldə ediləcəyi planlaşdırılır.

Bu barədə Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının (H2DER) rəhbəri Yusuf Günay bildirib.

O qeyd edib ki, yaşıl hidrogenin elektroliz yolu ilə istehsalı zərərli istixana qazlarının buraxılmasını ehtimal etmir, bu da atmosferə zərərli tullantıların azaldılmasına töhfədir.

Vurğulayıb ki, Türkiyədə yaşıl hidrogenin istehsalı potensialı həm yerli bazarın tələbatını təmin etməyə, həm də Avropa İttifaqı ölkələrinə yanacaq tədarükünü həyata keçirməyə imkan verir.

Onun sözlərinə görə, Türkiyə bu gün bərpaolunan enerji mənbələrinin yalnız 10 faizindən istifadə edir.

“Sahəni daha da inkişaf etmək üçün hidrogen tədarükü üzrə boru kəmərlərinin layihələşdirilməsi və tikintisi böyük əhəmiyyət kəsb edir”, – deyə o əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər