Təbii qaza qlobal tələbatın 2050-ci ildə 2022-ci ilə nisbətən 34 faiz artaraq təxminən 5.360 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 2050-ci ilədək olan dövrü əhatə edən hesabatına görə, 2022-ci ildə qlobal təbii qaz istehlakı təxminən 4.015 milyard kubmetrə çatıb.
Hesabatda tələb artımının əsas amilləri kimi əhalinin və iqtisadi istehsalın artması, havanın keyfiyyətinin yaxşılaşdırılması, istixana qazı emissiyalarının azaldılması, kömür və neftdən qaza keçidi hədəfləyən siyasətlər sadalanıb.
GECF qeyd edib ki, müvafiq olaraq, qlobal tələb artımının 52 faizinin Asiya-Sakit okean regionundan qaynaqlandığı təxmin edilir. “Bərpa olunan mənbələrin payı artdıqca, təbii qazla işləyən elektrik istehsalı quraqlıq dövrlərində günəş və külək enerjisi, habelə hidroelektrik enerjisinə əsas çeviklik və ehtiyat dəstəyi təmin edərək, getdikcə daha mühüm rol oynamağa hesablanıb. Regional baxımdan, gələcəkdə təbii qaza tələbat artımının sürətlə inkişaf edən Asiya Sakit Okean bazarları və qazla zəngin Yaxın Şərq və Afrika ölkələrindən gələcəyi gözlənilir”, – deyə hesabatda vurğulanır.
Hesabatda, həmçinin təkcə elektrik enerjisi istehsalı sektorunda tələbat artımı 500 milyard kubmetr həcmində qiymətləndirilir.