2 C
Baku
Saturday, December 14, 2024

21 milyondan çox elektron poçt ünvanı və onların parolu ələ keçirilib

Hakerlər “Mega” fayl hostinqində 21 milyondan çox elektron poçt ünvanı və onların parolunu dərc ediblər. Kompüter təhlükəsizliyi üzrə ekspert Troy Hant da öz məlumatlarını həmin siyahıda aşkar edib. O, istifadəçiləri təcili olaraq öz parollarını dəyişməyə səsləyib.
 
Banker.az “ICTnews”-a  istinadən yazır ki, ələ keçirilmiş məlumatların ümumi həcmi təxminən 87 QB-dır.

Məlumata görə, bu baza 2008-ci ildən toplanıb. İndi “Mega” fayl hostinqindən silinmiş informasiyanın başqa resurslarda yerləşdirilməsi istisna deyil.

Son xəbərlər
Digər xəbərlər