8 C
Baku
Wednesday, October 30, 2024

21 sahibkarlıq subyektindən 3-nə imtina verildi

Qida məhsulları sahəsində fəaliyyət göstərən 21 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S Subyektin adı Fəaliyyət istiqaməti İmtina səbəbi
1 Zeynalova Fəridə Telman qızı Pərakəndə satış Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
2 Xankişiyev Mühəddin Xankişi oğlu İlkin istehsal Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
3 Sadiqov Əkbər Dünyamalı oğlu Topdan satış Sahibkar tərəfindən müvafiq şərait yaradılmamışdır.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər