25 C
Baku
Sunday, July 3, 2022

21 saniyəyə 1 milyon ədəd satıldı

“Meizu” şirkəti tamamilə metaldan hazırlanmış “Meizu M5 Note” smartfonunu təqdim edib.

“Gizmochina” nəşrinə istinadən məlumatına görə, bu smartfon tam olaraq metaldandır, SoC Helio P10, 3/4 GB, əməliyyat yaddaşı, 64 GB-a qədər flaş yaddaşa malikdir. Йiyməti isə 130 dollardan başlayacaq. 591562ba4f20c68916d9a7aff1d8e52e

Bu smartfonların ilk partiyası dekabrın 8-də “Jingdong” (JD.com) mağazasında satışa çıxarılıb. İstehsalçının dərc etdiyi məlumata əsasən, cəmi 21 saniyə ərzində 1 milyon ədəd “Meizu M5 Note” smartfonu satılıb.

Bir qədər əvvəl isə bildirilmişdi ki, “Meizu M5 Note” smartfonunun istehsalı ilə “Meizu M3 Note”nin istehsalı yekunlaşacaq. Bu cihazın satışa çıxarıldığı 8 ay ərzində smartfonların ümumi satış sayı 20 milyon ədədi keçib.

Lent.az

Son xəbərlər
Oxşar xəbərlər