“Meizu” şirkəti tamamilə metaldan hazırlanmış “Meizu M5 Note” smartfonunu təqdim edib.
“Gizmochina” nəşrinə istinadən məlumatına görə, bu smartfon tam olaraq metaldandır, SoC Helio P10, 3/4 GB, əməliyyat yaddaşı, 64 GB-a qədər flaş yaddaşa malikdir. Йiyməti isə 130 dollardan başlayacaq.
Bu smartfonların ilk partiyası dekabrın 8-də “Jingdong” (JD.com) mağazasında satışa çıxarılıb. İstehsalçının dərc etdiyi məlumata əsasən, cəmi 21 saniyə ərzində 1 milyon ədəd “Meizu M5 Note” smartfonu satılıb.
Bir qədər əvvəl isə bildirilmişdi ki, “Meizu M5 Note” smartfonunun istehsalı ilə “Meizu M3 Note”nin istehsalı yekunlaşacaq. Bu cihazın satışa çıxarıldığı 8 ay ərzində smartfonların ümumi satış sayı 20 milyon ədədi keçib.
Lent.az