Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 24.09.2022 və 28.09.2022-ci il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 815 mənzilin alqı-satqısı uğurla başa çatmışdır.
Banker.az xəbər verir ki, 815 mənzilin 212-si öz vəsaiti hesabına, 603-ü isə güzəştli kredit hesabına satılıb.
Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.
Satışın nəticələri barədə statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.