“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin vergi borcu 8 376 manatdır.
Xatırladaq ki, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, tərkibindən “ASK Tütün” MMC ayrıldığından yenidən təşkil olunduğunu elan edib.
Nəticədə “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin nizamnamə kapitalı 359 min 962 manat azalaraq 22 milyon 257 min 298 Azərbaycan manatından 21 milyon 897 min 336 Azərbaycan manatına düşüb.