6 C
Baku
Monday, January 6, 2025

“22 ölkə İran dronları almaq üçün müraciət edib”

“22 ölkə İran dronları almaq üçün müraciət edib”.

Bunu İranın ali baş komandanı və dini rəhbəri Əli Xameneyinin hərbi məsələlər üzrə ali müşaviri İranın hərbi ehtiyaclarının 80%-nin daxildə istehsal olunduğunu iddia edərək deyib:

“SEPAH xalqla birlikdədir. Ona görə, sionist rejim və Amerika İran xalqına qalib gələ bilməz.
İnqilabdan öncə müdafiə təchizatının 80 %-i xaricdən alınırdı, bu gün isə 80%-dən çoxunu daxildə istehsal edirik”,- deyə general Yəhya Səfəvi iddia edib.

İranın ali baş komandanının müşaviri həm də 22 ölkə, o cümlədən Ermənistan, Tacikistan, Serbiya, Əlcəzayir, Venesuela və digər ölkələrin İran PUA-ları almaq üçün müraciət etdiklərini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər