19 C
Baku
Friday, October 7, 2022

2020-ci ildə Azərbaycana ən çox bu ölkələrdən valyuta gəlib (Siyahı)

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları məlum olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə Azərbaycan ən çox məhsul İtaliyaya ixrac edib.

8 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliyadan sonra Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 3 milyard 80,8 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 915,2 milyon dollar, Rusiyaya isə 463,3 milyon dollar olub.

8y

Son xəbərlər
Oxşar xəbərlər