7 C
Baku
Monday, March 10, 2025

23 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində 2025-ci il 3-7 mart tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Ağdaş, Şəki, Zaqatala rayonlarında fəaliyyət göstərən 23 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Son xəbərlər
Digər xəbərlər