Bu gün Quliyev Vəli Eldar oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəisi təyin olunub.
Yeni rəisin bioqrafiyasını təqdim edirik:
O, 1984-cü ildə Sumqayıt şəhərində anadan olub.
2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
O, 2007-ci ildən “ParaBank”ın İdarə Heyətinin sədri olub.
2016-cı ildən isə Parabokt adı ilə “bank olmayan kredit təşkilatı” (BOKT) kimi olduqda da sədr vəzifəsini yerinə yetirib.
2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bu gün V.Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.